Güneyli aktivistlər Yürüş Mehərlibəyli ilə görüşüblər Güney Azərbaycan

Güneyli aktivistlər Yürüş Mehərlibəyli ilə görüşüblər

Onlar fevarlın 22-də Yürüş bəyin Culfa rayonu Şüca kəndində atası evində görüşərək onun və digərlərinin Güney Azərbaycan hüquqları sahəsində mübarizələrini alqışlayıblar.

Gunaz.tv

Şərqi Azərbaycan Əyaləti Culfa rayonu Müəllimlər Ocağının bir sıra üzvləri, həmçinin Təbriz və Daş Makı şəhərlərinin aktivistlərindən bir sırası Azərbaycan milli hərəkatının tanınmış siyasi aktivisti Yürüş Mehrəli bəyli ilə görüşüb fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, aktivist Təbriz şəhəri Təhlükəsizlik İdarəsində 104 gün həbsdə saxlanılandan sonra fevralın 18-i məhkəməyə təzminat qismində mülk sənədi qoyularaq ona qarşı açılmış işin istintaqı tam bitirilənə qədər müvəqqəti azad olunub.