Ərdəbil şəhərində seçkilərdən imtina çağırışı olunub Güney Azərbaycan

Ərdəbil şəhərində seçkilərdən imtina çağırışı olunub

Güney Azərbaycan Ərdəbil şəhərində posterlər yapışdırılmaqla İslami Şura Məclisinə deputat seçkiləridən imtina çağrışı olunub.

Gunaz.tv

Posterlərdə simvolik olaraq “mənim səsim Azərbaycan” yazılmaqla Azərbaycan milli hərəkatının əsas tələbinin “azadlıq, ədalət, milli hökumət” olduğu qeyd olunub.

Xatırladaq ki, İran hakimiyyəti Güney Azərbaycana qarşı siyasi, iqtisadi, sosial və mədəni assimilyasiya siyasətləri yürütdüyünə görə aktivistlər Güney Azərbaycnada seçkilərdən imtina etmək qərarına gəliblər.

Lakin Qərbi Azərbaycan Əyalətində güney azərbaycanlıların əleyhinə və kürdlərin xeyrinə etnik tərkibinin dəyişdirilməsi siyasətləri icra olunduğu səbəbindən bu təhlükəli niyyətin qarşısını almaq istiqamətində əyalətin bütün şəhərlərində seçikilərdə iştirak etməyə çağırış olunub.

Qeyd edək ki, İran İslami Şura Məclisinə deputat seçkiləri artıq bu gün mart ayının 1-də başlayıbdır.