29 Avqust 11:17
28 Avqust 14:41
5 Mart 2024 13:32
7 553
Urmu şəhərindən İran parlamentinə iki kürd namizədin seçilməsindən sonra Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirilib.
Gunaz.tv
Qərbi Azərbaycan əyalətinin Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə bu iddialara cavab verib.
O, növbəti dəfə millət vəkili seçildikdən sonra ilk çıxışında Qərbi Azərbaycan və Urmu barədə danışıb.
"Qərbi Azərbaycana, Urmuya başq fikirlə yanaşanlara, başqa gözlə baxanlara deyirəm, onların qarşısında dayanıb, Azərbaycanın hüquqlarını, Qərbi Azərbaycan və Urmiyanın torpaq bütövlüyünü qoruyacağam", millət vəkili xəbərdarlıq edib.
Qeyd edək ki, Urmu şəhərindən İran parlamentinə seçilən 3 namizəddən ikisi miliyyətcə kürddür.
Hakim Mamakan və Şəhin Cahangirinin qalib elan edilməsindən sonra kürdlər Urmuda fərmandarlıq binası qarşısında şənlik aksiyası keçirib, "Urmiya Kürdüsttandır" şüarları səsləndiriblər.
Urmu, Sulduz, Makı və başqa bir neçə şəhərdə kürd namizədlərin qalıb gəlməsi üçün total saxtakarlığa yol verildiyi bildirilib.
Başqa bölgələrdə yaşayan kürdlər qruplar halında adı çəkilən şəhərlərdə səs veeməyə gətiriliblər.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 940
25 Avqust 11:13
2 814