29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
18 Aprel 2024 14:58
8 050
Futzal şərhçisi “Yaşasın Azərbaycan, Yaşasın Urmu” dediyinə görə kürdlərə mənsub terrorçu qrupların ideyasını daşıyan şəxs tərəfindən soyuq silahla hücuma məruz qalıb.
Gunaz.tv
Güney Azərbaycanın Urmu şəhərinin 3000 nəfərlik Ahəndust adına Futsal Meydançasında aprelin 16-ı keçirilən Ramazan Kuboku futsal yarışlarında urmulu şərhçi Ehsan Mömini bıçaqla həmləyə məruz qalıb.
Belə ki, kubokun dördə bir yarışları zamanı Urmu şəhərinin 2 komandası yarışarkən azarkeşlərin biri dəstəklədiyi komandanın qapısına qol vurulduğuna görə əsəbləşərək yanında olan termosu meydançaya çırpıb.
“Bu anda yarış təşkilatçıları məndən sözlərlə azarkeşləri sakitləşdirməyimi istədilər.
Mən də azarkeşlərə xitabən dedim ki, Azərbaycan milləti və Urmu əhalisnin mədəniyyəti yüksəkdir və belə hərəkətlərlə Azərbaycan və Urmumun abrısını ləkələməzlər. Yaşasın Azərbaycan, Yaşasın Urmu” şərhçi Ehsan bildirib.
Ehsan Mömini açıqlamasının davamında deyib:
“mənim bu sözlərim yarış azarkeşləri tərəfindən alqışlandı və bu an yarışda növbəti mərhələyə yüksələ bilməmiş komandalardan birinin fotbolçusu mənə həmlə edərək bıçaqla hədələdi ki, Azərbaycanın adını çəkməməlisən”.
Yarışın şərhini canlı aparan Ehsan həmçinin bildirib:
“həmin şəxs əlimdən mikrofonu almağa cəhd edərkən mikrofonu buraxmadım və onu itələyərək dedim ki, bura Azərbaycandır”.
Xatırladaq ki, İran hakimiyyətinin Güney Azərbaycana, xüsusilə də Qərbi Azərbaycanın ərazisi və Urmuya qarşı İraqdan köçürülmüş mühacirlərin xeyrinə yürütdüyü siyasətləri nəticəsində kürdlərə mənsub terrorçu qrupları dəstəkləyənlərin azğınlığı artıb.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814