29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
13 Yanvar 2025 16:42
9 674
Təbrizdə və əyalətin sənaye və böyük şəhərlərində hava çirkliliyi təhlükəli vəziyyətə çatmaq astanasındadır və havanın çirklənmə indeksinin artması bütün yaş qrupları üçün qeyri-sağlam olacaq.
Gunaz.tv
Bu barədə Şərqi Azərbaycan əyalətinin Meteorologiya İdarəsinin nümayəndəsi Məhəmməd Ümidfər xəbərdarlıq edib.
"Meteorologiya İdarəsi bununla bağlı Təbriz, Azərşəhr, Üskü, Binab, Səhənd və Əcəbşer şəhərlərində narıncı xəbərdarlıq edib",- o, bildirib.
Fosil yanacaq istehlakının optimal idarə edilməsinə və əyalətdə çirkləndirici sənaye müəssisələrinin fəaliyyətinə nəzarət etməyə çağıran Ümidfər, vətəndaşlara şəxsi nəqliyyatdan istifadəni azaltmağı və açıq havaya çıxmaqdan maksimum çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, Təbrizin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.
Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702