Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
4 Fevral 2025 15:37
10 913
Urmu gölünün ekoloji vəziyyəti ilə bağlı yayılan son məlumata əsasən göldə suyun səviyyəsinin normal ekoloji vəziyyəti ilə müqayisədə dəfələrlə az olduğu məlum olub.
Gunaz.tv
Fevralın 4-ə olan məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 260 milyon kubmetrdir.
Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,14, gölün sahəsinin isə 940 kvadrat kilometr olduğu bildirilib.
Gölün vəziyyətinin yanvarın əvvəli ilə müqayisədə dəyişmədiyinə baxmayaraq, İran mediası Urmu gölündə canlanma qeydə alındığını iddia edib.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
25 Sentyabr 17:18
1 120
22 Sentyabr 13:37
2 142
21 Sentyabr 10:47
2 429