29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
7 Fevral 2025 12:19
12 026
Fevralın 7-də BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lovler Tehranın Evin həbsxanasında məhbus olan azərbaycanlı türk vəkil Məhəmməd Rza Fəqihinin azadlığa buraxılmasına, İran hökumətinin insan haqları müdafiəçilərinə qarşı təzyiq və repressiyalarına son qoymağa çağırıb.
Gunaz.tv
Məhəmməd Rıza Fəqihinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə toxunan xanım Louler əlavə edib ki, o, iki il müddətində vəkillik fəaliyyəti ilə məşğul olmaqdan da məhrum edilib. BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi bu hökmün cənab Fəqihinin qadın hüquqları sahəsindəki fəaliyyətinə görə verildiyini yazıb.
Əvvəllər risk altında olan insan haqları müdafiəçilərini qorumaq üçün fəaliyyət göstərən "Front Line Defenders" qrupu yanvarın 30-da həbsdə olan vəkil Məhəmməd Rza Fəqihinin azadlığa buraxılmasına çağıran bəyanat yayaraq, onun qanunsuz məhkum edildiyini bildirib.
İnsan haqları təşkilatı İran hakimiyyətini Məhəmməd Rza Fəqihini dərhal azad etməyə və onun hökmünü ləğv etməyə çağırıb, həmçinin həbs zamanı beynəlxalq qanunlara əməl olunmasını və İranda insan haqları müdafiəçilərinin təqiblərinə son qoyulmasını istəyib.
Qeyd edək ki, əslən Ərdəbil əyalətinin Hir şəhərindən olan və Tehranda məskunlaşan Məhəmməd Rza Fəqihi Mərkəzi Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının və Tehrandakı Məhbusların Müdafiə Cəmiyyətinin idarə heyətinin üzvü olub. O bir çox azərbaycanlı vətəndaş və siyasi fəalı vəkil olaraq təmsil edib və Mərkəzi Vəkillər Kollegiyasında casusluq işlərində müttəhimlərin müdafiəsinə cavabdeh olan azsaylı vəkillərdən biri olub.
28 Avqust 10:48
1 645
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 695