29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
5 İyun 2025 12:51
9 688
Təbriz Vətəndaş Qeydiyyatı Şöbəsinin məmurları 8 gündür “Hakan” adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Gunaz.tv
Bununla bağlı yeni doğulan körpənin atası Mehdi Məhəmmədzadə Dan Səhifəsinin Balamın Adı kampaniyasına danışıb.
"Oğlumuz 28 may 2025-ci ildə doğulub və biz ona Hakan adını seçdik. Ancaq Təbriz Vətəndaşlıq İdarəsinin Lalə şöbələrinin məsulları bu adın icazəli adlar siyahısında olmadığını və qadağan olduğunu bildirdilər. Biz onlara daha öncə bu adla çox sayda doğum haqqında şəhadətnamə verildiyini bildirsək də onlar Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsi rəsmilərinin bu adı iki həftə əvvəl icazə verilən adlar siyahısından çıxardıqlarını bildirdilər." - deyə o bildirib.
Mehdi Məhəmmədzadə məsələ ilə bağlı vəkil tutaraq məhkəməyə müraciət etdiklərini bildirib.
Qeyd edək ki, İranda Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.
28 Avqust 10:48
1 603
25 Avqust 11:15
2 765
25 Avqust 11:13
2 646