Millət vəkili həyəcan təbili çaldı Güney Azərbaycan

Millət vəkili həyəcan təbili çaldı

Urmiya gölünü qurtarmaq üçün ən yaxşı iş Urmiya Gölünü Canlandırma Mərkəzini ləğv etmək və Qərbi Azərbaycan əyalətinin işlərini vali və Əyalətin Məntəqə Su İdarəsinin rəhbərliyinə tapşırmaqdır.
Bu sözləri Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur gölün son vəziyyəti ilə bağlı danışarkən deyib.
O bildirib ki, Urmiya Gölünü Canlandırma Mərkəzi bölgədə kənd təsərrüfatını məhv edir:
"Canlandırma Mərkəzinin təşkil olunduğu illə müqayisədə Urmiya gölündə su tarazlığı səviyyəsi 17 santimetr aşağı düşüb. Baxmayaraq ki, bəziləri göldə vəziyyətin yaxşılaşdığını iddia edir, lakin gölün gündən-günə quruduğu göz qabağındadır. Mərkəz gölü bərpa etmək üçün ətraf kəndlərdə 3 min su quyusunu ləğv etdirdi. Bunun nəticəsində işsizlər ordusuna daha 1 milyon nəfər əlavə olundu. Bölgədə suya bağlı olan heyvandarlıq və kənd təsərrüfatı sıradan çıxdı. Bütün bunlardan sonra Urmiya gölündə də vəziyyət yaxşılaşmadı".