“İran bununla özünü məhv edəcək” Güney Azərbaycan
İran hakimiyyəti daxili və xarici təzyiqlər artdıqca, vətəndaşların haqlarını məhdudlaşdıraraq zorakılıq siyasətinə keçir. Bu, diktatura rejimlərinə xas xüsusiyyətdir.
Kanada Vəkillər Kolegiyasının üzvü, Güney Azərbaycandan olan milli-mədəni fəal Hüseyn Türkelli belə deyib.
Milli fəal hesab edir ki, İran hakimiyyəti təzyiq siyasətilə öz iqtidarının müddətinin uzatmağa çalışır: "Əlbəttə, İran hakimiyyəti bununla qısa vaxt üçün öz məqsədinə nail ola bilər, amma bu yolla iqtidarı saxlamaq mümkün deyil. Bununla rejim özünü məhv etmək üçün zəmin yaradır. Artıq İran hakimiyyəti daxilində ciddi parçalanmalar baş verir. Digər bölgələrdə olduğu kimi parlamentdə də, hakimiyyətin qeyri-fars millətlərinə qarşı zorakılıq siyasətinə etirazlar baş qaldırıb.
Bir müddət əvvəl qeyri-fars dillərin məktəblərdə tədrisinin qadağan edildiyini açıqlayan Təhsil naziri Məhəmməd Bəthayinin istefası tələb edilir. Bu, hakimiyyət daxilindəki parçalanmanın nəticəsidir. Əlbəttə, hakimiyyətin öz içində yaranmış bu vəziyyət öz haqlarını tələb edən xalqların xeyrinədir. Bu təəssüfləndirici haldır ki, ancaq hakimiyyət şovinistləşdikcə, xalqlar etiraz etməyə başlayırlar".
Hüseyn Türkelli İran hakimiyyətinin qadağalarını Güney Azərbaycandakı Milli Hərəkatın istiqamətlənməsi və fəal fazaya keçməsi baxımından müsbət qiymətləndirdiyini bildirib: "Hesab edirəm ki, İran hakimiyyətinin bu qadağaları öz haqlarını tələb edən Güney Azərbaycanın fəallaşmasına imkan yaradacaq. Lakin İran hakimiyyəti belə etirazları ciddiyə almır. Hakimiyyətin ideoloqları bu kimi etirazların son nəticələrini əvvəldən hesablamırlar, amma bu yalnış düşüncədir".
Milli fəal Azərbaycan türkləri ilə müqayisədə İran hakimiyyətinin etnik ermənilər üçün yaratdığı şəraitdən də danışıb: "Maraqlıdır ki, Azərbaycan türkləri və digər qeyri-fars millətləri təzyiq altında saxlayan İran hakimiyyəti ermənilərə geniş imkanlar tanıyır. Məsələn, Təbrizdə 2 min erməni yaşayır. Onların öz dillərində fəaliyyət göstərən 4 məktəbləri var. Hamısı da Təbriz şəhərinin mərkəzində - Şahnazda yerləşir. Eyni zamanda, 1 kilsə və 1 qəbiristanlıqları var. Halbuki İran hakimiyyəti sayı az qala 40 milyona çatan Güney Azərbaycan türklərini bu imkanlardan məhrum edir".
Qeyd edək ki, İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərin ölkəsi üçün təhlükə olduğunu bildirərək, məktəblərdə tədrisinin qadağan edildiyini açıqlayıb. Nazirin irqçi fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.