Güney Azərbaycanda Ana dili bildirişləri yayılıb Güney Azərbaycan

Güney Azərbaycanda Ana dili bildirişləri yayılıb

GünAz TV: Güney Azərbaycanda hələdə 21 Fevral-Dünya Ana Dili Günü ağırlanır.
Bu önəmli gün münasibəti ilə çoxlu tədbirlər keçirildi, bildirilər yayıldı, divarlar yazıldı və geniş müzakirələr aparıldı.
Bu il də Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəallar kütləvi həbslərə məruz qaldılar, lakin millətimiz öz etiraz səsini müxtəlif formalarda İran rejiminə bir daha çatdırdılar.
Aşağıdakı şəkillər Güney Azərbaycanın Urmiyə şəhərindən çəkilib. Dünya Ana Dili münasibəti ilə şəhər əhalisi arasında bildirilər yayılıb və bir çox divar, xüsusi ilə də məhtəb (mədrəsə) divarları Ana dili şüarları ilə bəzədilib.
Bildirilərdə Ana dilinin əhəmiyyəti, onun azad edilməsinin vacibliyi vurğulanıb və İran rejiminin ayri-seçkilik siyasəti məhkum edilib. Afişalar (puster) üzərində "uşaqlarımıza Ana dillərini öyrədək", "Ana dilimdə dərs oxumaq istəyirəm", "Türk dilində mədrəsə - Olmalıdır hər kəsə" və s. kimi şüarlar yazılıb.