Güneyli yazıçı həbs edilib Güney Azərbaycan

Güneyli yazıçı həbs edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidə görə həbs edilərək ağır cəza almış tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə tutulub.
APA-nın "Oyannews"a istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşkinşəhr (Xiyov) şöbəsinin əməkdaşları azərbaycanlı fəalı fevralın 23-də öz mənzilində həbs ediblər. İ. Müəzzinzadənin məhkəmənin barəsində çıxardığı həbs cəzasını çəkməsi üçün həbs edildiyi ehtimal olunur. Lakin azərbaycanlı fəalın harada saxlanıldığı və həbsinin konkret səbəbi məlum deyil.