
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Təbriz şəhərinin Petroqlif muzeyində çox min illik tarixi əsərlər açıq ahavada taleyin umuduna buraxılıb.
Təbriz muzeyinin həyətində açıq havada saxlanılan üç min illik daş kitabələr və qoç heykəlləri baxımsız şərayitdə qar, yağış altında qalıb.
Güneyli sosial şəbəkə istifadəçiləri daş kitabələrin, heykəllərin və qoç fiqurlarının şəkillərini “hörmətli məsullar! bunlar sadəcə daş deyil” başlığı altında paylaşaraq, onların Azərbaycan tarixinə və tarixi əsərlərinə laqeydliklərini qınayıblar.
Qeyd edək ki, hazırda Təbriz muzeyində saxlanılan kitabələr və heykəllər Azərbaycan bölgələrində bu qəbildən olan çoxsaylı tarixi əsərlərin sadəcə cüzi bir hissəsidir.
Bundan öncə Azərbaycanın müxtəlif bölgələrində, əski məzarlıqlarda çoxsayda belə kitabələr və heykəllər mövcud idi. Onların çoxunluğu toplanaraq başqa muzeylərə, o cümlədən tehran və isfahan muzeylərinə köçürülüb.
Təbrizdə saxlanılan əsərlər isə heç bir standard qorunma və saxlama qaydalarına riayət olunmadan muzeyin həyətində başına buraxılıb.
Gunaz.tv