Günaz.TV-nin saytı hakerlər tərəfindən dağıdılıb- Əhməd Obalı Güney Azərbaycan

Günaz.TV-nin saytı hakerlər tərəfindən dağıdılıb- Əhməd Obalı

Günaz.TV-nin saytı hakerlər tərəfindən dağıdılıb: "Texniki heyət saytı bərpa etməyə çalışır"-Əhməd Obalı

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) saytında texniki problem yaranıb. Bu barədə Günaz.TV-nin rəhbəri Əhməd Obalı məlumat verib. Onun sözlərinə görə, sentyabrn 21-dən sayta giriş mümkün deyil:
"Hazırda saytın fəaliyyətində problem yaranıb. Texniki heyət saytın fəaliyyətini bərpa etməyə çalışır. Çalışacağıq ki, saytın arxivi qorunub saxlansın".
Əhməd Obalı sayta Azərbaycana düşmən qüvvələrə yaxın hakerlər tərəfindən hücum olunma ehtimalını da istisna etməyib: "Saytımız fəaliyyətimizdən narahat olan qüvvələrin sifarişi ilə hakerlər tərəfindən dağıdılıb. Bu yöndə araşdırmalarımız davam edir".
Əhməd Obalı yaxın günlərdə Günaz.TV-ni xəbər portalının normal iş rejimində fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, 2004-cü ildə qurulmuş Günaz.TV Güney Azərbaycan türklərinin ana dili hərəkatına, milli və siyasi hüquqları uğrunda mübarizəsinə informasiya dəstəyi verir, Azərbaycan milli musiqisini və mədəniyyətini təbliğ edir.