Təbrizdə səyyar satıcılar etiraz aksiyası keçiriblər Güney Azərbaycan

Təbrizdə səyyar satıcılar etiraz aksiyası keçiriblər

Satıcılar bələdiyyə və polis məmurlarının onlara qarşı aşağılayıcı davranışlarına etiraz ediblər.

Fevralın 13-də Təbrizdə bir qrup səyyar satıcı bələdiyyə və polis məmurlarının aşağılayıcı davranışlarına qarşı etiraz aksiyası keçiriblər.

Satıcılar ağır yaşayış çətinlikləri ilə mübarizə apardıqları bir dönəmdə hökumət məmurlarının onların çalışmasına imkan vermədikıərini, dəfələrlə müraciət etmçələrinə baxmayaraq satıcılıq üçün onlara bəlli bir yerin ayrılmadığından narazılıqlarını bildiriblər.

Bir neçə gün gün bundan öncə polis və bələdiyyə məmurlarının əlil satıcını döyərək təhqir etmələri səyyar satıcılarla yanaşı əhali arasında da etirazlarla qarşılanmışdı.

Qeyd edək ki, bu son aylar Təbrizin səyyar satıcılarının keçirdiyi sayca 5-ci etiraz aksiyasıdır.

Son həftələr Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar Təbriz bələdiyyəsinin mühafizə bölməsinin qarşısına toplaçaraq etiraz aksiyası keçiriblər.

Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.

Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desədə, bu günə kimi bu gerçəkləşməyib.
Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.

Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.

Gunaz.tv