Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
7 Aprel 17:25
7 Aprel 17:25
7 Aprel 17:20
7 Aprel 16:53
25 May 2022 15:43
12 607
Mayın 20-də Moskvada Böyük Moskva Dövlət Sirkində Poddubnı Beynəlxalq Güləş Liqasının birinci turnirinin final döyüşləri baş tutub.
“Xalq Cəbhəsi”nin məlumatına görə, Poddubnı Beynəlxalq Güləş Liqasının turniri ilk dəfədir ki, keçirilir. Buraya həm olimpiya güləşi, həm də pankration və qrapplinq üzrə yarışlar daxildir. Hər çəki dərəcəsində 16 idmançı çıxış edir.
Qadın güləşi üzrə yarışların bütün çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. Medalçılar arasında azərbaycanlı güləşçi Xanım Vəliyeva (68 kq) da var.
Xatırladaq ki, Xanım Vəliyeva Rusiyanın Krasnoyarsk şəhərində yaşayır. O, uşaq yaşlarından güləşlə məşğul olur.
Bu vaxta kimi saysız yerli və beynəlxalq yarışların qalibi olub. Onun məşqçisi Lidiya Alekseyevnadır.
7 Aprel 22:32
931
7 Aprel 13:36
1 113
7 Aprel 12:54
1 127

