Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
6 İyun 2022 14:23
12 663
Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev Bolqarıstan Futbol İttifaqının Baş katibi Borislav Popovla görüşmüşdür.
Görüşdə qeyd olunmuşdur ki, bu il Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində iki ölkə arasında bütün sahələrdə o cümlədən idman, eləcə də futbol sahəsində əməkdaşlıq inkişaf etmişdir. Görüşdə uşaq futbolunun inkişafı, Uşaq futbolunun regionlarda inkişafı və idarə edilməsi, Bolqarıstan Futbol Akademiyasının inkişafı, strukturu, uşaq futbolunun idarə edilməsi, Uşaq futbolunda məşqçilərin marifləndirilməsi və gələcəkdə azərbaycan məşqçilərinin kurslara cəlb edilməsi və Uşaq Futbol Akademiyasında idarəermə prinsipləri və iş prosesi kimi məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, Asif Əliyev 2002-ci ildə Sofiya şəhərində Vasil Leviskiy adına Milli İdman Akademiyasına daxil olub, 4 il futbol məşqçiliyi kafedrasında təhsil alıb və 2006-cı ildə fərqlənmə diplomu ilə bakalavr pilləsini bitirib. 2007-ci ildə bu Akademiyanın İdmanda Animasiya Magistratura pilləsinə daxil olub.Magistraturanı uğurla bitirdikdən sonra 2007-ci ildən 2011-ci ilə qədər Azərbaycanda Uşaq Futbolunun İnkişafı və İdarəedilməsi elmi işini yazaraq müdafiə etmişdir. Elmi işinə əsasən AFFA-ya uşaq futbolunun inkişafı üçün iki layihə təqdim etmişdir. Layihələrdən biri UEFA tərəfindən yüksək qiymətləndirilmişdir. Bolqatıstanın Premyer Liqasında çıxış edən CSKA və Levski klublarında təcrübə keçib.Asif Əliyev Azərbaycanın Futbol üzrə U 17 və U21 milli komandalarında ikinci məşüçi kimi çalışıb. Neftçi PFK-da uşaq futbol akademiyasının koordinatoru vəzifəsində çalışıb. UEFA-nın A lisenziyasına malikdir.
24 Oktyabr 17:07
1 211
24 Oktyabr 15:34
1 183
24 Oktyabr 10:30
1 351