Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
10 İyun 2022 12:19
13 468
Bakıda qələbə qazanmaq mənim üçün çox qürurlu idi.
Bunu 2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin qalibi, "Red Bull Racing" komandasının pilotu Serxio Peres deyib.
O bildirib ki, bu dəfə də imkanlardan maksimum istifadə etməyə qərarlıdır. "Ötən il mən Bakıda "Red Bull"un heyətində ilk qələbəmi qazandım. Mənim küçə traslarından xoşum gəlir, burada çox şey pilotun ustalığından asılıdır. Hücum edərkən səhv buraxmaq çox asandır", - deyə o bildirib.
S.Peres əlavə edib ki, Bakı trekindən zövq alır. “Bakı mənim sevimli şəhərlərimdən biridir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada tribunalarda 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.
24 Dekabr 11:29
1 120
23 Dekabr 15:28
1 519
22 Dekabr 15:06
2 128