3 Oktyabr 17:04
3 Oktyabr 13:42
17 Oktyabr 2022 09:34
9 282
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında altıncı turun oyunları keçirilib.
Trend xəbər verir ki, turnirdə liderlik edən qadın şahmatçımız Gövhər Beydullayeva növbəti qələbəsini qazanaraq aktivinə 1 xal da əlavə edib. Qadınların yarışında mübarizə aparan komandamızın daha bir üzvü - Ləman Hacıyeva da turu qələbə ilə başa vurub. Kişilər arasında isə Məhəmməd Muradlı növbəti turda qələbə qazanıb, Abdulla Qədimbəylinin oyunu heç-heçə ilə başa çatıb.
Ötən turların nəticəsinə görə, G.Beydullayeva 5,5 xalla birinci yerdədir. A.Qədimbəyli 4,5 xalla 5-ci, L.Hacıyeva 4 xalla 18-ci, M.Muradlı 3 xalla 67-ci pillədədir.
3 Oktyabr 10:20
1 134
2 Oktyabr 18:38
1 337
2 Oktyabr 15:20
1 337