Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
3 Dekabr 2022 14:26
9 961
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJİB) sədri Azər İsmayıl və idarə heyətinin üzvləri ilə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri arasında görüş olub.
Görüşdə bir sıra məsələlər müzakirə olunub.
MŞ sədri Rəşad Məcid son illər idman jurnalistikasının xeyli inkişaf etdiyini bildirib. O, ümumən sahə jurnalistlərinin təşkilatlanmasının önəmindən söz açıb, bunun peşənin ixtisaslanmasına dəstək baxımından vacibliyini vurğulayıb.
Azərbaycan İdman Jurnalistləri İB-nin nümayəndələri təmsil olunduqları qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Onlar qarşıya qoyulan başlıca məqsədin idman jurnalistikasının özünün diferensiallaşmasına dəstək göstərilməsi olduğunu vurğulayıblar.
Görüşdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
25 Oktyabr 17:18
1 085
24 Oktyabr 17:07
1 561
24 Oktyabr 15:34
1 505