23 Fevral 2024 10:37
5 208
Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, pley-off mərhələsini adlayan Qurban Qurbanovun yetirmələri UEFA-dan 1,2 milyon avro alacaq.
Qurum 1/8 finala yüksələn hər komandaya bu məbləğdə mükafat ayırıb. Ağdam klubu buna Portuqaliya təmsilçisi “Braqa”nı iki oyunun yekununda keçməklə nail olub – 4:2, 2:3.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finala çıxanlar 9,6, Konfrans Liqasında isə 0,6 milyon avro qazanıblar.
26 Mart 12:39
2 142
25 Mart 16:33
2 485
25 Mart 14:06
2 527