Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
15 Mart 2024 05:00
6 664
Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda sonadək mübarizə apardılar.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı cavab matçından (3:2) sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, futbolçuları çox güc sərf edib: “Bizim gözəl azərbaycanlı azərkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.
13 İyul 22:46
868
13 İyul 22:44
847
13 İyul 21:26
854