Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb - VİDEO
Kitabxanada Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual sərgi hazırlanıb
Türkiyə klubu almaniyalı baş məşqçi ilə müqaviləni yeniləyəcək
Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb
9 Oktyabr 2024 01:30
3 563
Almaniyanın "Bavariya" kollektivinin futbolçusu Camal Musiala klubda ən çox maaş alan iki futbolçuldan biri ola bilər.
Xalqcebhesi.az "Sky Sport"a istinadən xəbər verir ki, münhenlilərin rəhbərliyi 21 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan İspaniya təmsilçisi "Real"a (Madrid) keçməməsi üçün onun əmək haqqını artırmağı düşünür.
Yarımmüdafiəçinin maaşı artacağı təqdirdə o, illik 25 milyon avro məvacib əldə edəcək. Komandada hazırda bu məbləği ingiltərəli hücumçu Harri Keyn qazanır.
Qeyd edək ki, C.Musialanın "Bavariya" ilə olan müaviləsi 2026-cı ildə başa çatacaq.