“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
6 Dekabr 2024 18:15
6 076
"Beşiktaş" Türkiyə Super Liqasının 15-ci turunda doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.
Xalqcebhesi.az xəbər verir ki, "qara qartallar" İstanbul derbisinə ciddi itkilərlə çıxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş"ın müdafiə xəttində problemlər var. Daha əvvəldən Necip Uysal və Qabriel Paulista sıradan çıxıb. Hər iki mərkəz müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Derbi öncəsi digər mərkəz müdafiəçisi Feliks Uduoxay da zədələnib. 27 yaşlı almaniyalı futbolçu vacib matçda komandaya kömək edə bilməyəcək. Müdafiənin mərkəzində Tayyip Talha Sanuçla Emirhan Topçunun yer alacağı gözlənilir.
"Beşiktaş" Feliks Uduoxayı mövsümün əvvəlində "Auqsburq"dan icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində 15 rəsmi meydana çıxıb.
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
18 Sentyabr 19:57
1 176
18 Sentyabr 14:46
1 267
18 Sentyabr 14:46
1 309