Qətər nümayəndə heyəti ABŞ-İran danışıqlarından sonra Dohaya qayıdıb Dünya

Qətər nümayəndə heyəti ABŞ-İran danışıqlarından sonra Dohaya qayıdıb

Qətərli vasitəçilərdən ibarət nümayəndə heyəti ABŞ və İran arasındakı münaqişənin nizamlanması üzrə Tehranda keçirilən üçsaatlıq danışıqlardan sonra Dohaya qayıdıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

"Nümayəndə heyəti Tehrandakı həmkarları ilə uzun sürən görüş keçirib, tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlmiş müxtəlif təkliflər ətrafında fikir mübadiləsi aparılıb", - deyə o, mətbuat konfransında bildirib. Diplomatın sözlərinə görə, görüş üç saatdan çox davam edib və bundan sonra danışıqlar aparan tərəflər ötən gün axşam saatlarında Dohaya qayıdıblar.

Məryəm Quliyeva