24 Yanvar 23:50
4 452
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.
Xalqcebhesi.az xəbər verir ki, Sportinfo.az saytı bu barədə AFFA-dakı mənbələrindən olduqca ilginc məlumat əldə edib.
Verilən informasiyaya görə, o, İcraiyyə Komitəsindən ayrılmaq niyyətindədir.
Tərübəli mütəxəssis özünə yaxın şəxslər vasitəsilə federasiya rəhbərliyini bu barədə məlumatlandırıb.
Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyini bildirib.
"Köhlən atlar"ın başında dayanan mütəxəssis ilk dəfə 2016-cı ildə federasiyanın ali qərarverici orqanına üzv seçilib.
2028-ci ildə, millinin sükanı arxasından ayrılandan bir müddət sonra öz təşəbbüsü ilə komitədən ayrılıb.
5 Noyabr 17:03
1 190
5 Noyabr 14:03
1 260
5 Noyabr 10:24
1 365