8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
6 Fevral 2025 18:05
5 474
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın daha bir oyunu keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə penaltidən Bernardu Diaş vurub.
Komandalar arasında cavab matçı fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Günün digər oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.
Bu qarşılaşma ilə 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.
17:47
553
8 Sentyabr 14:26
1 127
3 Sentyabr 18:49
2 667