08:12
490
Geosiyasi gərginlik və enerji resurslarının tədarükündəki pozuntular bütün dünya üçün fəsadlar törədir, o cümlədən Avropa ölkələrindəki etirazlarda və yanacağın qiymət artımında özünü göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri İranın Xarici İşlər Naziri Abbas Əraqçi "Vedomosti" qəzetindəki məqaləsində ifadə edib.
"İstənilən pozuntu və qarşıdurma regionumuzun hüdudlarından kənara çıxan fəsadlara gətirib çıxarır və bütün dünyada enerji təhlükəsizliyinə, bazarın sabitliyinə, istehsalçı və istehlakçıların iqtisadi maraqlarına təsir göstərir. Avropa ölkələrindəki hazırkı etirazlara, eləcə də Avropa və Amerikada inflyasiyanın və yanacaq qiymətlərinin kəskin artmasına nəzər salın", - deyə o qeyd edib.
Məryəm Quliyeva