Səudiyyə Ərəbistanı Ər-Riyad üzərində husi raketini zərərsizləşdirib Dünya

Səudiyyə Ərəbistanı Ər-Riyad üzərində husi raketini zərərsizləşdirib

Ərəb koalisiyası qüvvələri Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad istiqamətində atılan balistik raketi dəf edərək məhv ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki məlumat yayıb.

"Hava Hücumundan Müdafiə Qüvvələri husi döyüşçüləri tərəfindən Ər-Riyad istiqamətində atılmış balistik raketi tutaraq məhv edib", - deyə o, "X" sosial şəbəkəsində yazub.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Fövqəladə Hallar haqqında Erkən Xəbərdarlıq Milli Platformasını işə salaraq Ər-Riyad sakinlərini ehtimal olunan təhlükə barədə məlumatlandırıb. Daha sonra idarə həyəcan siqnalının ləğv edildiyini bildirib.

Məryəm Quliyeva