08:30
504
ABŞ heç vaxt İrandan əl çəkməyəcək, nə qədər ki, rəsmi Tehran nüvə silahı əldə etmək iddiasından əl çəkməyəcək. Ona görə də, Tramp İrana qarşı hərbi əməliyyatları dayandırmayacaq.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
O, qeyd edib ki, yerli və xarici mətbuata ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara hazırlığı ilə bağlı məlumatlar inandırıcıdır.
Xatırladaq ki, “Voll Strit Jurnal”ın məlumatına görə,
ABŞ hərbi gəmiləri qarşıdakı həftələrdə İrana qarşı mümkün yeni zərbələrə hazırlaşır.
Nəşrin məlumatına görə, Ərəbistan dənizindəki "USS Corc Vaşinqton" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər raket, bunker bombaları və digər silah-sursat ehtiyatlarını yeniləyirlər.
F.Kərimov deyib ki, ABŞ İsrailin siyasətini dəstəkləyir və heç vaxt İrana güzəştə getməyəcək: "Noyabrın 3-də ABŞ-də aralıq seçkilər keçiriləcək. Trampın başı hələlik buna qarışdığından İrana qarşı hərbi əməliyyatları arxa plana keçirib. Seçkilər bitəndən sonra bu məsələyə yenidən qayıdacaq".
Cavid