08:26
504
Koreya Respublikası (KR) və ABŞ Hərbi Hava Qüvvələri Koreya yarımadasının cənubunda "Freedom Flag" birgə təlimlərini keçirirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi KR HHQ-yə istinadən məlumat yayıb.
Təlimlər oktyabrın 26-dan noyabrın 6-dək Kunsan aviabazasında keçirilir. Koreya Respublikası təlimlərə "F-15K", "KF-16" və "F-35A" qırıcılarını, habelə "KC-330" hərbi-nəqliyyat təyyarəsini və "E-737" Uzaq Radar Aşkar etmə və İdarəetmə (DRLO) təyyarəsini cəlb edib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu ilə təmsil olunan Amerika tərəfi isə "F-16", "F-35B" qırıcılarını, "RC-135" kəşfiyyat təyyarəsini, "MH-60S Seahawk" helikopterlərini və "MQ-9 Reaper" PUA-larını cəlb edir.
"Yonhap" qeyd edir ki, "Freedom Flag" təlimləri ildə iki dəfə keçirilir və iki ölkənin hərbi qulluqçularının əlaqəli fəaliyyətini və döyüş hazırlığını artırmaq məqsədi daşıyır, o cümlədən müdafiə xarakterli tədbirlər və düşmən aviasiyasının dəf edilməsi vərdişləri işlənilir. Agentliyin məlumatına görə, təlimlər zamanı pilotlar arasında təcrübə mübadiləsinin aparılması da planlaşdırılır.
Oktyabrın 19-dan 30-dək Koreya Respublikasının Silahlı Qüvvələri illik genişmiqyaslı "Hoquk" təlimlərini keçirir. Bundan əvvəl hərbçilər çay keçidini məşq edib, KR Dəniz Piyadaları Korpusu isə Sarı dənizdəki sərhəd adalarında təlimlər keçirib. Həmçinin Koreya yarımadasında tammiqyaslı münaqişə ssenarisi üzrə düşmənin artilleriyasına əks-təsir göstərilməsi üzrə təlimlər baş tutub.
Məryəm Quliyeva