'Sığınacaqlar hamı üçün açıq olmalıdır" Dünya

'Sığınacaqlar hamı üçün açıq olmalıdır"

Məktəb və uşaq bağçalarındakı sığınacaqlara kənar şəxslərin daxil olmasına icazə verilmədiyini bildirən bir göstəriş var. Həqiqətən də nəcib, insani bir qərar — başqa nə demək olar ki? Yəni, hava həyəcanı siqnalı veriləndə, partlayışlar başlayanda və ətrafa qəlpələr yağanda küçədə olan birinin məktəb və ya uşaq bağçasındakı sığınacaqda gizlənməsinə həqiqətən icazə yoxdurmu? Məsələn, Kiyevdə müxtəlif dərəcədə hazırlıq vəziyyətində olan təxminən 4000 sığınacaq var. Qanuna əsasən, bu sığınacaqlar hamı üçün açıq olmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.

"Bunlardan məktəbəqədər və orta təhsil müəssisələrində olanlar təxminən 1500-dür. Yəni belə çıxır ki, sığınacaqların 40%-i həyatını riskə atan vətəndaşlar üçün əlçatan deyil.

Əslində problem nədədir? "Kənar" şəxslər uşaqları narahat edəcək? Onların sayının çox olacağı ehtimalı azdır. Həyəcan siqnalı zamanı küçələrdə nə qədər gəzsəm də, insanların kütləvi şəkildə sığınacaqlara qaçdığını heç vaxt görməmişəm" - o, deyib.

Cavid