08:29
504
Fransada etirazlar yenidən ölkə gündəminin əsas mövzusuna çevrilib. Sosial narazılıq, yaşayış xərclərinin artması, polis müdaxilələrinin sərtliyi və digər məsələlər Fransada xalqın yenidən küçələrə çıxmasına səbəb olub. Əlbəttə ki, Fransa hökuməti, öz daxilindəki narazı vətəndaşlara qarşı sərgilədiyi davranış heç bir halda sevil qaydalara uyğun ola bilməz və bu səbəbdən də dünyaya demokratiya, söz və düşüncə azadlığı, insan hüquqları ilə bağlı hər zaman irad bildirən Fransa bu gün çətin sınaq qarşısındadır və hesab edirəm ki, Fransa hökuməti, başda prezident Emanuel Makron olmaqla bu sınaqdan keçə bilmədi.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib
Xatırladaq ki, Fransada etiraz hərəkatları və həmkarlar ittifaqları oktyabrın 31-də yeni kütləvi nümayişlər, noyabrın 5-də isə ümummilli tətil keçirməyə çağırıb.
Etirazçılar əməkhaqqı, yaşayış xərclərinin artması və dövlət xidmətlərinin vəziyyəti ilə bağlı tələblərini irəli sürərək Prezident Emmanuel Makron hökumətinə təzyiqləri artırmağa çalışırlar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 24-də ölkə üzrə keçirilən aksiyalarda 410 min nəfər iştirak edib. İğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər olunub.
Nümayişlər zamanı 1314 nəfər saxlanılıb, 50-yə yaxın polis əməkdaşı xəsarət alıb..
Cavid