08:33
497
Ukrayna yalnız "Starlink" peyk rabitəsi sisteminə arxalanaraq özünə həddən artıq inandı.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri köşe yazarı və hərbi tarixçi Piter Keddik-Adams "The Daily Telegraph" qəzetində oktyabrın 25-də dərc olunan məqaləsində bildirib.
"Məsələ təkcə günahkarın kim olmasında deyil, Kiyevin ehtiyat variantı olmadan yalnız vahid bir sistemə həddən artıq arxayın olmasındadır", - deyə müəllif qeyd edib.
Oktyabrın 24-də "SpaceX"in təsisçisi İlon Mask Ukraynanın "Starlink" peyk sistemindən istifadə şərtlərini pozduğunu, buna görə də şirkətin onun fəaliyyətini məhdudlaşdırdığını bəyan edib. Mask hesab edir ki, "Starlink"in söndürülməsi Ukrayna cəbhəsinin dərhal çökməsinə gətirib çıxaracaq. Eyni zamanda sahibkar vurğulayıb ki, onun sözləri Ukrayna hərbçilərinə rabitə xidmətlərinin göstərilməsini dayandırmaq niyyəti haqqında xəbərdarlıq kimi qəbul edilməməlidir. Mask, bundan əlavə, Ukraynadakı münaqişənin real nizamlanma yollarını təklif etmədən onun sonsuz davam etdirilməsinin tərəfdarı olanları kəskin tənqid edib.
Məryəm Quliyeva