24 Noyabr 14:26
Səudiyyə Vəliəhdi G20 sammitində iştirak etməyi planlaşdırır
Tramp İrana qarşı hərbi əməliyyatın yanvarın sonunadək maliyyələşdirildiyini deyib
Tramp İranda hakimiyyət dəyişikliyinə çalışmadığını bildirib
Britaniya və Ukrayna zərbə PUA-larının istehsalı barədə saziş imzalayıb
Zelenski Pentaqonun 48 ədəd "Patriot" raketinin tədarükünü ləngitdiyini açıqlayıb
08:30
224
İrana qarşı hərbi əməliyyatların aparılması yanvarın sonuna qədər maliyyələşdirmə ilə təmin olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Yanvarın sonuna qədər, mahiyyət etibarilə, maliyyələşdirmə ayrılıb", – deyə o, "New York Post" qəzetinə müsahibəsində bildirib.
Amerika lideri etiraf edib ki, 2027-ci ilin yanvar ayının əvvəlində Konqres üzərində nəzarət demokratlara keçdikdən sonra onun İrana qarşı döyüş əməliyyatları aparmaq imkanları məhdudlaşa bilər.
Qəzetlə söhbətində Tramp iddia edib ki, hazırda ABŞ İslam Respublikası üzərində "tam qələbə" qazanır. Ağ Evin rəhbəri demokratların "onu məğlubiyyətə çevirə" biləcəyindən narahatlığını ifadə edib: "Əgər demokratlar bunu etsələr (münaqişəni Trampın planlaşdırdığından daha tez başa çatdırsalar), onlar sadəcə qələbəni götürüb məğlubiyyətə çevirəcəklər".
Daha əvvəl "NBC News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin İran rəhbərliyinə zərbələr endirməsinin məqsədəuyğun olub-olmamasını müzakirə edirlər.
Məryəm Quliyeva