Mirzoyan: Ermənistanla Azərbaycan yekun sülh sazişinin imzalanması üzrə danışıqlar aparır
Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun üzvlərinin sayı 30-u ötüb
Məktəblilərin payız tətili günlərində hansı tamaşalar nümayiş olunacaq?
AKP sözçüsü Yunanıstan HHQ-nin C-130 təyyarəsi ilə bağlı paylaşımını pisləyib
13:27
504
Azərbaycanın 18 yaşadək (U-18) voleybolçulardan ibarət yığmaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.
Voleybol Fedrasiyası xəbər verir ki, qızlardan ibarət milli 20-23 noyabrda Gürcüstanın Telavi şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq.
Yarışda Gürcüstan, Ermənistan, Ukrayna, Estoniya və Polşa seçmələri da iştirak edəcəklər. A qrupunda yer alan komanda Gürcüstan və Polşa yığmaları ilə qarşılaşacaq.
Oğlanlardan ibarət komanda isə Latviyanın Daugavpils şəhərində təşkil olunacaq çempionatda Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa yığmaları ilə birgə mübarizə aparacaq. B qrupunda yer alan kollektiv Estoniya və Ukrayna yığmaları ilə üz-üzə gələcək. Bu yarış da 20-23 noyabrda təşkil olunacaq.
Reqlamentə əsasən, qrup mərhələsinin nəticəsinə görə, noyabrın 23-də A qrupunun birincisi B qrupunun birincisi ilə (A1-B1), A qrupunun ikincisi B qrupunun ikincisi ilə (A2-B2), A qrupunun üçüncüsü isə B qrupunun üçüncüsü ilə (A3-B3) üz-üzə gələcək.
"AVRO-2026"ya seçmə xarakteri daşıyan yarışın qaydalarına görə, qrup liderlərinin qarşılaşmasının (A1-B1) qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.