“Azərbaycan bayrağını daşımaqdan qürur duyuram”- Arda İdman

“Azərbaycan bayrağını daşımaqdan qürur duyuram”- Arda

"Həm ölkəmin, həm də komandamın yanında olduğu üçün İlham Əliyevə təşəkkür edirəm"
"Azərbaycan xalqını bügünkü bayram münasibəti ilə təbrik edirəm. Həm ölkəmin, həm də komandamın yanında olduğu üçün Azərbaycanın prezidenti İlham Əliyevə təşəkkür edirəm. "Atletiko" ailəsinin bir parçası olaraq Azərbaycanın adını daşımaqdan qürur duyuruq".
"Qafqazinfo" xəbər verir ki, "Futbolxeber.az"-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin və "Atletiko"nun futbolçusu Arda Turan deyib.
"Atletiko"nun Bakıya səfərinə həsr olunmuş mətbuat konfransında Arda Turan jurnalistlərin suallarını cavablandırıb.
Türkiyəli futbolçu Çempionlar Liqasının finalında oynamamasına belə aydınlıq gətirib: "Biz də heç vaxt ayrı-ayrı oyunçular önəm daşımır. Əsas olan komandadı. Bu qərarı da hamımız bir yerdə qəbul etmişdik".
A.Turan İspaniya Superkubokunda qalib olacaqları halda, meydana Azərbaycan bayrağı ilə çıxacağını bildirib: "Biz bir millət, iki dövlətik. Sadəcə kuboku qazananda yox, hər zaman Azərbaycan bayrağını daşımaqdan qürur duyuram".