8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
27 İyul 2021 13:41
7 637
“Bakıya ciddi itkilərlə yollanacağıq. Bəzi oyunçularımız iştirak etməyəcək”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.
Klubun bazasında “Zoom” vasitəsilə təşkil edilən mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Hansı futbolçular bu görüşü buraxacaq?
- Çox oyunçu səfərə aparılmayacaq. Sokrates Papastatopulos, Yann Mvila, Tikinyo, Ögmundur Kristinsson, Agibu Kamara və Andreas Buxalakisin adını çəkə bilərəm. Buna baxmayaraq, Azərbaycana qələbə dalınca gedəcəyik.
- Ciddi itkilərə baxmayaraq, ilk görüşdəki qələbənin sirri nədir?
- Heç bir sirr yoxdur. Hazırlıqdan çox şey asılıdır. Çox məşq edirik və oyunlara ciddi hazırlaşırıq.
- Ehtiyat qüvvə sabahkı görüşə hazırdırmı və bu riskin öhdəsindən necə çıxacaqsınız?
- Problemlərin öhdəsindən gəlməyi və yeni sınaqlardan keçməyi xoşlayıram. “Olimpiakos”un böyük futbolçuları var. Hamıya şans vermək yaxşı haldır. Bu da oyunçularda təcrübə formalaşdırır. Ehtiyat oyunçuları hazırlamaq və onlardan yararlanmaq mənim üçün xoşdur. İnanıram ki, “Olimpiakos” bu heyətlə irəli gedəcək.
- İtkilərə baxmayaraq, Bakıdakı məşqdən imtina etdiniz. Bu riskli addım komandanızın ziyanına işləməz?
- Bütün bunlara hazırıq.
17:47
546
8 Sentyabr 14:26
1 120
3 Sentyabr 18:49
2 660