Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
1 Oktyabr 2021 16:37
10 647
İspaniya milli komandasının keçmiş futbolçusu, hazırda Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edən Dieqo Kosta çirkli pulların yuyulmasında və mərc oyunlarının təşkil olunmasında ittiham olunur.
Trend-in məlumatına görə, Braziliya polisi futbolçunun evində axtarış aparıb.
Hücumçu irəli sürülən ittihamları inkar edir. Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, D.Kosta Portuqaliyada "Braqa", İspaniyada "Selta", "Albasete", "Valyadolid", "Rayo Valyekano" və "Atletiko", İngiltərədə "Çelsi" klublarında çıxış edib. O, "Atletiko" ilə bir dəfə İspaniya çempionu olub, iki dəfə UEFA Avropa Liqasını, üç dəfə UEFA Superkubokunu qazanıb. "Çelsi"nin tərkibində isə iki dəfə İngiltərə çempionu olub.
25 Oktyabr 17:18
1 253
24 Oktyabr 17:07
1 701
24 Oktyabr 15:34
1 659