Rusiyalı gimnast Bakıda Dünya Yaş Qrupu yarışlarında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub İdman

Rusiyalı gimnast Bakıda Dünya Yaş Qrupu yarışlarında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub

Rusiyalı Yevgeniya Zaxarova Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu yarışlarında 11-12 yaş qrupunda qadınlar arasında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub.

Rusiyalı idmançının nəticəsi 65.600 xal olub.

İkinci yeri Yelizaveta Nikolaeva (Rusiya, 64.000 xal), üçüncü yeri Anna Odeini (Portuqaliya, 63.100 xal) tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.