Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
2 Mart 2022 15:22
2 947
Almaniya kansleri Olaf Şolts NATO-nun Rusiyanın Ukraynadakı müharibəsinə hərbi müdaxilə etməyəcəyini bildirib.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, bu barədə kansler Şolts İsraildə səfərdə olarkən deyib.
"Biz hərbi müdaxilə etməyəcəyik. Bu, NATO-ya aiddir, o, bunu etməyəcək, həmçinin başqalarına da aiddir. Hazırkı vəziyyətdə bu səhv olardı”, -deyə Şolts bildirib."Bizim hazırda etdiyimiz dəstəkdir", deyən Almaniya kansleri maliyyə yardımı və digər yardımları qeyd edib. "Bizim edə biləcəyimiz budur. Düşünürəm ki, bu doğru qərardır".
Kansler Şolts Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlamasının vacibliyini vurğulayıb.
"Hazırda Ukraynadan gələn xəbərlər dəhşətlidir. Biz bu münaqişənin necə inkişaf edəcəyindən ciddi narahatıq və buna görə də bu vəziyyəti dəyişmək üçün mümkün olan hər şeyi etməliyik. Əlbəttə, indi məsələ ondadır ki, diplomatiya üçün daha böyük şans yaranıb”, - Şolts bildirib.
Almaniya kansleri Rusiyanı bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. "Mülki infrastruktura və mülki şəxslərə hücumlar dayandırılmalıdır", - o vurğulayıb.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts kansler kimi ilk dəfə İsrailə səfər edib. O, İsrailin Baş naziri Naftali Bennettlə görüşüb.
15:30
0
25 Oktyabr 17:37
1 330
25 Oktyabr 17:20
1 428