“ABŞ Şimali Koreyanın gücünü yaxşı bilir” Dünya

“ABŞ Şimali Koreyanın gücünü yaxşı bilir”

Qabil Hüseynli: "Məhz buna görə də Ş.Koreyanın Amerikanı təhdid edəcək elə bir gücü, nüfuzu yoxdur"

"Ümummiyyətlə, ABŞ Şimali Koreyanın gücünü yaxşı bilir. Məhz buna görə də Ş.Koreyanın Amerikanı təhdid edəcək elə bir gücü, nüfuzu yoxdur". Bunu politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, buna baxmayaraq Amerika Ş.Koreyaya qarşı sanksiyalar tətbiq edib və Cənubi Koreyanı ona qarşı hazırlayır: "Hətta ətrafında olan dənizdən möhkəm sipər əmələ gətirib və raketdən müdafiə sistemləri qurub və s. Əgər ABŞ açıq müharibəyə başlasa bu, təcavüz kimi dəyərləndirilə bilər. Lakin gec-tez Amerika Ş.Koreyanı devirəcək.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn ABŞ və Cənubi Koreyaya qarşı müharibəyə hazırlaşdığını elan edib. Kim Çen İn növbəti dəfə ölkənin hərbi-hava qüvvələrinin təlimlərində iştirak edib, yoxlamalar aparıb və bu təlimlərin ABŞ və Cənubi Koreyaya qarşı hərbi hazırlığın bir hissəsi olduğunu bildirib. Şəxsi təyyarəsi ilə Vonsandakı aviabazaya gələn Kim Çen İn bildirib ki, bu təlimlər müharibəyə yönəlik radikal dəyişiklik olacaq, eyni zamanda amerikalı imperialistlər və cənubi koreyalı marionetkalarla hesablaşmaq məqsədi daşıyacaq.