Peskov Suriyadakı Rusiya hərbi bazalarının taleyi ilə bağlı suala cavab verməkdən imtina edib
Roma Papası Rusiyanın Milad atəşkəsindən imtina etməsindən məyusluğunu ifadə edib
Zelenski: Ukraynada prezident seçkiləri referendumla eyni vaxtda keçirilə bilər
Peskov Zelenskinin 20 maddəlik sülh planının bəndlərini açıqlamasına münasibət bildirməyib
12 May 2022 09:00
2 576
ABŞ Müdafiə Nazirliyi hipersəs və ballistik raketləri izləmək üçün 2023-cü ilin martında orbitə iki prototip peyk buraxmağı planlaşdırır.
Bunu Pentaqonun Raketdən Müdafiə Agentliyinin direktoru, ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Con Hill deyib.
O, qeyd edib ki, peyklər kosmosda qarşılıqlı əlaqədə olacaq.
"Hər iki qurğu orbitə elə qaydada buraxılacaq ki, onların sayəsində ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının əməliyyat sahəsində sınaqları müşahidə etmək mümkün olsun. Gələcəkdə isə bütöv bir peyk şəbəkəsi yaratmaq mümkün olacaq", - vitse-admiral vurğulayıb.
O, əlavə edib ki, hazırda layihə üzərində rəqabət aparan üç özəl şirkət işləyir, onlardan yalnız biri və ya ikisi gələcək fəaliyyət üçün seçiləcək.