Türkiyə ilə Bolqarıstan arasında yeni sərhəd qapısı açılacaq - Nazir Dünya

Türkiyə ilə Bolqarıstan arasında yeni sərhəd qapısı açılacaq - Nazir

Türkiyə ilə Bolqarıstan arasında yeni sərhəd qapısı açılacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu açıqlamasında bildirib.

“Kırklarelində Türkiyə ilə Bolqarıstan arasında yeni bir körpü yaradılması artıq 5-6 ildir ki, bizim müzakirə etdiyimiz bir fikir idi,” – deyə Soylu qeyd edib.

Onun sözlərinə görə, hər iki ölkə arasındakı məsələlərlə bağlı altı aydan bir Türkiyə və Bolqarıstanda görüşlər keçiriləcək.

Qeyd edeək ki, Türkiyənin ümumilikdə 29 sərhəd qapısı var. Bunlardan üçü Türkiyə ilə Bolqarıstan arasındadır.