Qiymətlər dayanmaq bilmir – kirayə bazarında kritik vəziyyət
28 Yanvar 23:50
28 Yanvar 23:50
28 Yanvar 23:48
28 Yanvar 23:38
28 Yanvar 23:38
1 İyul 2022 10:05
2 569
Sakit okeanda əmələ gələn “Aere” tufanı Yaponiyanın cənub-qərb ərazilərinə doğru hərəkət edir.
Bu barədə iyulun 1-də Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Mərkəzi hissəsində küləyin sürətinin saniyədə 18 metrə çatdığı tufanın hazırda Filippin dənizində olduğu qeyd edilir.
Bildirilir ki, iyulun 3-də tufanın Yaponiyanın Okinava adalarına yaxınlaşacağı gözlənilir. Bundan sonra onun şimal-qərb istiqamətində hərəkət edəcəyi, Kyuşü adasının və Yaponiyanın digər ərazilərinin cənub-qərbindən keçəcəyi proqnozlaşdırılır.
Bununla əlaqədar yapon meteoroloqlar qeyd edilən ərazilərdə leysan yağışlar, güclü külək və böyük dalğaların olacağı barədə xəbərdarlıq ediblər.