“Bizim taleyimizi ancaq Tanrı bilir” Dünya

“Bizim taleyimizi  ancaq Tanrı bilir”

Şimon Peres: "Vicdanlı siyasətlə məşğul olun"

Ötən həftə Kiyevdə "Yalta Avropa Strategiyası" başa çatıb. Tədbir zamanı ən yadda qalan çıxışı İsrailin 9-cu prezidenti, 91 yaşlı Şimon Peres edib. "Ttrain"ə istinadən onun fikirlərini diqqətinizə çatdırırıq. Biz öz torpaqlarımızı arzulayırdıq. Lakin əldə etdiyimiz torpaqlar arzuladığımız kimi olmadı. Bu Yaxın Şərqin çox kiçik bir hissəsi idi. Bu ərazilər bizə elə də yaxşı münasibət göstərmədi. Şərait çox pis idi. Ağcaqnadlarla, daşlar arasında seçim etməli idik. Ərazidə iki göl var idi. Biri ölü idi, digəri isə ölməkdə idi. Məhşur bir çay var idi, lakin onun da suyu yox idi. Heç bir təbii sərvətlər də yox idi. Nə qızıl nə də neft. O vaxt deyirdilər ki, yaxın şərqdə iki cür dövlət var. Müqəddəs və Neft dövlətləri. Bizimki tam müqəddəs idi. Çünki ümumiyyətlə heç nə yox idi. Biz yalnız idik. Bizim nə din qardaşımız, nə dil bacımız, nə də tarixi qonşumuz yox idi. Və bütün bunlar "Xolokost"dan sonra baş verdi. Biz ora gəldik və nə edəcəyimizi bilmirdik. Sözün əsl mənasında bilmirdik.
Biz hamımız alim olduq. Fermerlər susuz və torpaqsız şəraitdə kənd təsərüfatını inkişaf etdirməyə çalışırdılar. Bu dünyada texnologiya üzərində qurulmuş ilk kənd təsərüfatı idi. Mən o vaxt tələbə idim. Ağacları isti su ilə sulayırdıq. Düşünürdük ki, belə onlar daha tez böyüyəcəklər. Daha sonra məlum oldu ki, yüksək texnologiyalara sığınmış kənd təsərüfatı işləyir. Bu gün bizim kifayət qədər suyumuz var. Suyu adətən tapırlar, onu əldə etmirlər. Lakin biz onu əldə etməyə başladıq. Biz sudan az istifadə edən bitgilərin inkişafına daha çox diqqət ayırdıq. Bu da əsl sirdir. Gələcək üçün vacib olan sizin tapdıqlarınız deyl, istehsal etdiklərinzidir. Bizim cəmi 450 min əhalimiz vardı və hərbi işlərlə yaxından uzaqdan əlaqəmiz yox idi. BMT İsrail dövlətini yaratmaq qərarına gəldi. Hər şey müharibənin fonunda gedirdi. Biz nə edə bilərdik? 2 yolumuz var idi
1-ci: İnsanlar cəsur olmalı idilər. Onlar başa düşməli idilər ki, bizim qalib gəlməkdən başqa yolumuz yoxdur. Əgər biz 1-cə dəfə uduzsaq onda hər şey bitəcək.
2-ci: Silahımız olmadığı üçün onu istehsal etməyə başladıq. Hərbini inkişaf etdirmək üçün İT-ni inkişaf etdirməyə başladıq. İsrailin İT sektoru hərbi üçün işləyirdi. Çünki biz yalnız idik. Nə üçün mən bunları sizə danışıram? Hələ də mən cavanlara deyirəm: "Sizin düşündüklərinzdən də çox imkanlarınız var. Siz, sizə verilməyən məhsulları istehsal edə bilərsiz. Bu hamı üçün dərsdir Ukrayna – Kənd təsərüfatı baxımından dünyanın ən vacib ölkələrindən biridir. Siz bundan imtina etməməlisiz. Xalqın imkanlarını və resursları bir yerə toplamaq lazımdır. Bütün insanlarda böyük potensial var. Lakin onlar tənbəldirlər. Uğura nail olmaq üçün işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə çox işləyirdik. Burda pis nə var? Bilmirəm. İnsanlar məzuniyyətə gedir, bu vaxt itkisidir. Mənim 90-dan çox yaşım var və mən heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər: "Sən qeyri adisən? Necə istirahət edirsən?" Mən isə işləməyə üstünlük verirəm. Mən işdən sevinc alıram. Pessimist olmaq da vaxt itkisidir. Elmin arxasınca getmək lazımdır. Elmin sərhəddi yoxdur. Keçmiş problemləri həll etməyə çalışmayın, bu ümumiyyətlə müknüdrümü? Keçmiş heç bir əhəmiyyət daşımır. Onu sadəcə incələyib səhvləri təkrarlamamaq lazımdır. Keçmişdə nə gələcək var, nə də ümid. İnsanların çoxu xatırlamağa üstünlük verir. Bu ən böyük səhvdir. Nəyi xatırlamaq istəyirsiz? Səhvlərinizi? Tarixə güvənmək olmaz. Tarixçilər idarəedicilərin vasitəsi olub. Onlar nə demək lazım olduğunu bilirdilər. Bizim taleyimizi isə ancaq Tanrı bilir. Məndən tez-tez keçmişdə yol verdiyim ən böyük səhvin nə olduğunu soruşurlar. Biz düşünürdük ki, bizim böyük arzularımız var. İndi isə biz görürük ki, onlar elə də böyük deyldi. Ən böyük haqda düşünmək lazımdır. Gənc nəsil möhtəşəmdir. Məni hirsləndirən onların siyasətçilərdən xoşlanmamalarıdır. Onlar deyir ki, siyasət bizlik deyl, əgər siz vicdanlısınızsa o zaman gedin vicdanlı siyasətinizlə məşğul olun.
Bu mənim keçmişdən çıxardığm dərslərdi. İnsanlar məndən necə aktiv olmağın yollarını da maraqlanır. Bu çox sadədir. Öz uğurlarınızı və arzularınızı sayın. Əgər arzularınız çoxdursa, demək siz hələ də cavansız. Yox əgər əksinədirsə demək artıq qocalmısız.