Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
3 Oktyabr 2022 13:42
3 591
ABŞ dövlət katibi Entoni Blinken Kanadanın xarici işlər naziri Melani Coli ilə birgə mətbuat konfransı zamanı ABŞ və NATO-nun “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini məhv etmək motivləri barədə açıq və utanmadan danışıb. Bu barədə özünün Telegram kanalında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb. "Blinken, utanmadan açıq şəkildə ABŞ və onun NATO tərəfdaşlarının "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini məhv etmək motivlərinin olması barədə danışıb", - diplomat bildirib.
Blinkenin fikirlərinə münasibət bildirən Zaxarova Rusiya Federasiyasının enerjidən heç vaxt silah kimi istifadə etmədiyini vurğulayıb. "Rusiya enerjidən heç vaxt silah kimi istifadə etməyib. Rusiya və ondan əvvəl SSRİ Avropanı sadəcə olaraq qazla təmin edirdi, fasiləsiz. 50 ildir. Vaşinqtonun yalanları onun bu mövzuda cinayətkar manipulyasiyasını təsdiqləyir", - Zaxarova bildirib.
Cavid