Partiya sədri İran təhlükəsi ilə bağlı çağırış edib Dünya

Partiya sədri İran təhlükəsi ilə bağlı çağırış edib

Son vaxtlar İran İslam Respublikasinda baş verən ümumxalq üsyani ilə əlaqədar regionumuzda vəziyyət həddindən artıq təhlükəli bir vəziyyətə düşdü. İran diktatura və feodal rejiminə qarşı İslam dini ideologiyası altlnda regional terrorist bir idarəçilik yaradan fars molla rejimi qonşu dövlətlərin ərazisində də çox təhlükəli bir vəziyyət yaradıb.

Bunu "Xalq Cəbhəsi"nə Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev deyib.

O, qeyd edib ki, qonşu Azərbaycanı təhdid etməkdən belə çəkinməyən terrorçu Sepah təşkilatının vətənimiz Gürcüstanda da çox dərin agentura şəbəkəsi qurduğuna şübhələr var. Xüsusən Marneuli və Poniçalada dərin kök salmış Sepah əsas narkotik satışı bazarı rolunu oynayır: "Son günlər Marneuli və ətraf regionlarda kriminal durumun pisləşməsi, özlərini ruhani sayıb həqiqətdə İran fars-molla rejimi tərəfindən idarə olunanların aktivləşməsi artıb. Tbilisidə iranll vətəndaşların İsrail vətəndaşlarına qarşı terror törətmək cəhdi və Marneulidə kriminogen durumun ağırlaşmasına səbəbdir.
Yuxarıda deyilənləri nəzərə alaraq regionumuzda yaşayan hər bir vicdanlı Gürcüstan oatriotundan xahiş edirəm ki, fars molla rejimi, İran səfirliyinin, konsulluğunun və ya digər strukturlarının əməkdaşları ilə sıx əlaqələri olan, məscidlərdə möminləri zorakılığa, İrana dəstək vermək və s kimi radikal və qeyri-qanuni moizələr və çıxışlar edənlər, özlərini şübhəli aparan, hərəkətlərində terroristə bənzər qeyri-qanuni əməllər gördüyünüz insanlar haqqda, habelə Ermənistan vətəndaşları ilə yaxın münasibətləri olanlar haqqda təcili surətdə yerli təhlükəsizlik orqanlarının əməkdaşlarına xəbərdardarlıq etməyinizi xahiş edirəm".
Cavid