31 Oktyabr 17:08
31 Oktyabr 16:39
13 Mart 2023 12:56
1 743
Ukrayna 2022-ci ildə dünyanın ən böyük silah idxalçıları üçlüyünə daxil olub.
"Xalq Cəbhəsi" Unian-a istinadən xəbər verir ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, bu, Qərb tərəfdaşlarının böyük hərbi yardımı sayəsində mümkün olub.
Ukraynanı yalnız Qətər və Hindistan qabaqlayır. Ukraynanın dünya silah idxalının 2%-ni təşkil etdiyi 5 illik dövrü nəzərə alsaq, Kiyev də bu reytinqdə mövqeyini yaxşılaşdırıb.
“ABŞ və bir çox Avropa dövlətlərinin hərbi yardımı sayəsində 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Ukrayna 2022-ci ildə əsas silahların üçüncü ən böyük idxalçısı (Qətər və Hindistandan sonra) və 2018-22-ci illərdə isə 14-cü ən böyük silah idxalçısı oldu", - araşdırmada deyilir.
Cavid