Üçüncü tərəf, yoxsa birbaşa etimad?
5 Avqust 23:47
5 Avqust 23:47
5 Avqust 23:43
5 Avqust 16:20
Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerinə zərbə endirdiklərini iddia ediblər
ABŞ Meksika narkokartelinin rəhbərləri barədə məlumata görə 102 milyon dollar mükafat vəd edir
Rusiya Sumıya KAB-larla zərbə endirib, yaşayış binaları və ticarət mərkəzi zədələnib
Rütte: NATO Ukrayna üçün təcili hava hücumundan müdafiə vasitələri axtarır
19 May 2023 10:33
2 555
Çin Mərkəzi Asiya ölkələrinə müdafiə imkanlarını gücləndirməyə kömək etməyə hazırdır.
"Xalq Cəbhəsi" RİA Novosti-yə istinadən xəər verir ki, bunu Çin prezidenti Si Cinpin Sianda Çin-Mərkəzi Asiya Sammitində bildirib.
"Çin Mərkəzi Asiya ölkələrinə təhlükəsizlik və müdafiə sahəsində hüquq-mühafizə orqanlarının potensialını gücləndirməyə kömək etməyə, həmçinin regional təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə səylərini dəstəkləməyə hazırdır", - Si Cinpin deyib.
O, həmçinin qeyd edib ki, Çin Əfqanıstanın qonşularının koordinasiya mexanizmində rol oynamağa davam edəcək və ölkənin sülh yolu ilə yenidən qurulmasına kömək edəcək.
Mayın 18-19-da Çinin Sian şəhərində Si Cinpinin sədrliyi ilə Çin-Mərkəzi Asiya sammiti keçirilir. Tədbirdə Qazaxıstan prezidentləri Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov da iştirak edirlər.
Cavid